Bank Of Baku

Azərbaycan Siyasi Məhbusların Müdafiə Komitəsi İranda həbs olunan azərbaycanlılarla bağlı açıqlama yayıb

Azərbaycan Siyasi Məhbusların Müdafiə Komitəsi İranda həbs olunan azərbaycanlılarla bağlı açıqlama yayıb
# 25 sentyabr 2007 12:09 (UTC +04:00)
Azərbaycan Siyasi Məhbusların Müdafiə Komitəsi (ASMƏK) İranda həbs edilən azərbaycanlılarla bağlı açıqlama yayıb. ASMƏK-dən APA-ya verilən məlumata görə, açıqlamada son bir neçə ildə İranda “pantürkizm”də ittiham olunaraq, saxlanılan türklərin həbsxanalarda ağır işgəncələrə məruz qaldığı bildirilib: “Jurnalistlər Əmir Abbas Bənayi Kazımi, “Sədaye Urmiyə” qəzetinin əməkdaşı Elyaz Yekənli, Səid Mətinpur, Cəlil Qənilu, Behruz Səfəri, jurnalist Şahnaz Qulamı, vəkil Saleh Kamrani, Şəhid Recayi adına Universitetin müəllimi Abdullah Abbası Cavan, Cavad Həsənpur, Abbas Lisani, Məsud Sultanı, Mehdi Nuri, İbrahim Muini, Riza Paşayi, Vədud Səadəti, tələbə Hadi Həmidi Şəfiq və adları bizə bəlli olmayan digər azərbaycanlılar milli haqlarını tələb etdikləri üçün İran hüquq-mühafizə orqanları tərəfindən həbsxanalarda işgəncələrə məruz qalır. Adı çəkilən azərbaycanlıların əksəriyyətinin əsəb sistemi pozulub və bədənlərinin müxtəlif əzaları sıradan çıxıb”. Açıqlamada beynəlxalq insan haqları təşkilatlarının həbsdə olan və ağır şəraitdə saxlanılan azərbaycanlıların taleyinə biganə qaldığı da vurğulanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR