Bank Of Baku

İsgəndər Həmidov: “Cib müxalifəti müxalifət düşərgəsinin bir araya gəlməsinə imkan vermir”

İsgəndər Həmidov: “Cib müxalifəti müxalifət düşərgəsinin bir araya gəlməsinə imkan vermir”
# 25 sentyabr 2007 12:45 (UTC +04:00)
“Azərbaycanda cib müxalifəti var və onlar müxalifət düşərgəsinin bir araya gəlməsinə imkan vermirlər. Müxalifət liderlərinin içərisində olan mənəm-mənəmlik birliyin baş tutmasını əngəlləyir”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Milli Demokrat Partiyasaının (AMDP) sədri İsgəndər Həmidov bildirib. Müxalifətin birliyinə nail ola bilmədiklərini deyən İ. Həmidov bunun reallaşması üçün sonuncu cəhdin qaldığını güman edir: “Hələ bütün körpülər yanmayıb. Bu yaxınlarda Demokratiya Uğrunda İttifaq seçki qanunvericiliyinə dəyişiklik edilməsi ilə bağlı bütün partiyalarla birgə müzakirələr aparmaq niyyətindədir. Bu danışıqlar sırf Seçki Məcəlləsi ilə bağlı olacaq”.
Bu gün Azərbaycanda müxalifətin çox zəif olduğunu deyən İ. Həmidov bəzi insanların aldıqları qrant xətrinə mühüm məsələlərdə susduqlarını bildirib: “Amma müxalifət seçki qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı ümumi fikrə gələ bilər. Vahid namizəd haqqında danışmaq isə tezdir. Həmçinin bu məsələ qeyri-ciddi və qeyri-real məsələdir. Müxalifət yalnız ümummilli məsələlərdə bir araya gələ bilər. Bir şərtlə ki, pul ideyanı qabaqlamaya”. İ. Həmidov təmsil olunduğu DUİ-da növbəti prezident seçkiləri ilə bağlı müzakirələrin aparılacağını bildirib. Hələlik seçkilərdə iştirakla bağlı konkret qərarın olmadığını deyən partiya sədri müxalifətin birgə qərar qəbul etməsini vacib sayır: “Biz seçki qanunvericiliyinin dəyişdiriləcəyinə ümid edirik. Seçkidə iştirak məsələsində Seçki Məcəlləsinin dəyişdirilməsini əsas götürürəm. Kollegial şəkildə hansı qərar çıxarılsa, o qərara tabe olacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR