Bank Of Baku

Ramiz Əhmədov Kommunist Partiyasının hökumət tərəfindən icarəyə verilən mərkəzi qərargahını oğlunun adına özəlləşdirib

Ramiz Əhmədov Kommunist Partiyasının hökumət tərəfindən icarəyə verilən mərkəzi qərargahını oğlunun adına özəlləşdirib
# 25 sentyabr 2007 14:21 (UTC +04:00)
“Kommunist Partiyasında baş verən son hadisələrin kökü mərhum Ramiz Əhmədovun sağlığında özü tərəfindən qoyulub. Bununla yanaşı, Ramiz Əhmədov partiyanın A. Ağayev küçəsi, ev 1 ünvanında yerləşən hökumət tərəfindən icarəyə verilən mərkəzi qərargahını oğlu Əziz Əhmədovun adına qanunsuz olaraq özəlləşdirib”. Bu sözləri APA-ya Azərbaycan Kommunist Partiyasının (AKP) Ağdam rayon təşkilatının sədri Amil Quliyev deyib.
A. Quliyev bildirib ki, R. Əhmədov 2000-ci ildə Milli Məclisin deputatı seçiləndən sonra partiyanın fəaliyyəti iflic vəziyyətinə salınıb, təşkilatda bəzi mühüm postlarda yaxın qohumlarını yerləşdirib. Qərargahı geri qaytarmaqda israrlı olduqlarını deyən A. Quliyev lazım gəlsə, məhkəməyə müraciət ediləcəyini də söyləyib: “Biz imkan vermərik ki, partiyanın mülkiyyəti kimlərinsə ticarət obyektinə çevrilsin. Bu qanunsuz hərəkətə görə günahkarlar cəzalandırılacaq”. O, Rüstəm Şahsuvarovun AKP sədri kimi qəbul edilmədiyini də vurğulayıb: “Azərbaycan Sosial Demokrat Partiyasından biabırcasına qovulan və özünə Kommunist Partiyasında sığınacaq tapan Rüstəm Şahsuvarov mərhum Ramiz Əhmədovun yaxın qohumları üçün oyuncaqdır. Bu vəziyyət plenumda da özünü göstərdi”.
AKP Mərkəzi Komitəsinin sədr əvəzi Rüstəm Şahsuvarov da APA-ya açıqlamasında qərargahın özəlləşdirilməsi faktını təsdiqləyib: “Qərargahın özəlləşdirilməsində heç bir qəbahət yoxdur. Məsələ burasındadır ki, həmin yer partiyaya icarəyə veriləndə yararsız halda idi. Lakin Ramiz Əhmədov həmin yeri öz hesabına təmir etdirib. Ramiz Əhmədovun ailəsi ilə partiya arasında qərargahla bağlı şifahi razılaşma var. Bu məsələ ilə əlaqədar problem yaranacağına inanmıram”. Onun sözlərinə görə, A. Quliyev Rauf Qurbanovun adamıdır. Bu fikirlər də R. Qurbanov tərəfindən A. Quliyevə diktə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR