Bank Of Baku

Azərbaycan parlamentinin spikeri Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında çıxış edəcək

Azərbaycan parlamentinin spikeri Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında çıxış edəcək
# 25 sentyabr 2007 14:28 (UTC +04:00)
Məlumata görə, AŞPA-nın payız sessiyasına Milli Məclisin qurumdakı nümayəndə heyəti ilə qatılacaq spikerin bir neçə görüşü planlaşdırılır. Onun sessiyada çıxışı da nəzərdə tutulur.
Parlamentin mətbuat xidmətin rəhbəri Akif Nəsirov APA-ya açıqlamasında faktı təsdiqləyib. Bununla belə, mətbuat xidmətinin rəhbəri spikerin səfər proqramı hələlik dəqiqləşmədiyindən ətraflı məlumat verməyib. O, proqramın yaxın günlərdə müəyyənləşəcəyini bildirib.
Qeyd edək ki, AŞPA-nın payız sessiyası oktyabrın 1-5-də keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR