Bank Of Baku

Əli Əliyev: “Azadlıq” blokunun zona müşavirələri prezident seçkilərinə hazırlıq sayıla bilər”

Əli Əliyev: “Azadlıq” blokunun zona müşavirələri prezident seçkilərinə hazırlıq sayıla bilər”
# 25 sentyabr 2007 14:32 (UTC +04:00)
“Azadlıq” blokunun zona müşavirələri keçirməsi həm də 2008-ci il prezident seçkilərinə blok olaraq hazırlıq sayıla bilər”. Bunu APA-ya açıqlamasında blokun Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib. Onun sözlərinə görə, artıq bu prosesə başlanılıb və müşavirələrin ilin sonuna kimi davam etməsi nəzərdə tutulub. Blokun hələlik prezident seçkilərində iştirakla bağlı qərar vermədiyini bildirən Ə. Əliyev bunun məhz Seçki Məcəlləsinə dəyişiklik edilməməsi ilə əlaqələndirib: “Əgər qanun dəyişməsə, o zaman biz bir sıra tədbirlər həyata keçirəcəyik. Buna görə də indidən rayon təşkilatları arasında əlaqələrin yaranması, koordinasiyanın qurulması vacibdir”. Ə. Əliyev hələlik bir zona üzrə müşavirənin keçirildiyini, lakin bütün bölgələrdə bu tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR