Bank Of Baku

Araz Əlizadə: “Ayaz Mütəllibovun Azərbaycana dönməsinə Daxili İşlər Nazirliyi tərəfindən süni maneçilik törədilir”

Araz Əlizadə: “Ayaz Mütəllibovun Azərbaycana dönməsinə Daxili İşlər Nazirliyi tərəfindən süni maneçilik törədilir”
# 25 sentyabr 2007 14:40 (UTC +04:00)
“Ayaz Mütəllibovun Azərbaycana dönməsinə Daxili İşlər Nazirliyi tərəfindən süni maneçilik törədilir. Onun vətəndaş kimi hüququndan istifadə etməsinə qadağalar qoyulur”. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə APA-ya bildirib ki, Daxili İşlər Nazirliyi (DİN) şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı Milli Məclis tərəfindən təsdiq olunan prosedur qaydaları pozur. O, A. Mütəllibova şəxsiyyət vəsiqəsinin verilməsində yaradılan problemlə bağlı ölkə rəhbərliyinə müraciət etdiyini qeyd edib: “Milli Məclis tərəfindən təsdiq olunan prosedur qaydalara görə, şəxsiyyət vəsiqəsi vəkalətnamə ilə verilə bilər. Amma daxili işlər naziri buna əks əmr imzalayaraq, şəxsiyyət vəsiqələrinin vəkalətnamə ilə verilməsinə qadağa qoyub. Rusiya ilə Azərbaycan arasında olan razılaşmaya əsasən milli pasportu olmayan şəxs sərhədi keçə bilməz. Belə olan təqdirdə Ayaz Mütəllibovun Rusiyadan çıxıb Azərbaycana gəlməsi mümkünsüz hala gəlir. Digər tərəfdən, baş prokuror öz açıqlamasında bildirib ki, Mütəllibov Azərbaycana gələn kimi həbs olunacaq. Əgər o cinayətkardırsa, niyə beynəlxalq axtarışa verilməyib?” A. Əlizadə A. Mütəllibovun Azərbaycana yaxın zamanlarda dönmək istədiyini vurğulayıb. Daxili İşlər Nazirliyindən isə məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR