Bank Of Baku

Müxalifətin Məşvərət Şurası Seçki Məcəlləsi ilə bağlı müxalifət partiyalarının əməkdaşlığını vacib sayır

Müxalifətin Məşvərət Şurası Seçki Məcəlləsi ilə bağlı müxalifət partiyalarının əməkdaşlığını vacib sayır
# 25 sentyabr 2007 14:58 (UTC +04:00)
Bu gün 6 müxalifət partiyasının birləşdiyi Məşvərət Şurasının Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qərargahında növbəti toplantısı keçirilib. AMİP-in mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, iclasda ictimai-siyasi vəziyyət və Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı müzakirələr aparılıb. Ölkədəki sosial-iqtisadi vəziyyətin siyasi proseslərə birbaşa təsir göstərdiyini bildirən müxalifət liderləri bu problemlərin həlli ilə bağlı eyni mövqedən çıxış edib birgə qərarlar qəbul etməyi vacib sayıblar. Seçki Məcəlləsinin dəyişdirilməsinə xüsusi diqqət yetirən “altılıq” hesab edir ki, bu məsələdə bütün müxalifət partiyaları birgə müzakirələr aparmalıdır: “Bu istiqamətdə danışıqlar aparılması, müzakirələrin təşkil olunması və fəaliyyətin genişlənməsi qərara alındı. Seçki Məcəlləsi ilə bağlı məsələnin yalnız iqtidarın və yaxud müxalifətin bir hissəsinin məsələsi olmadığı qeyd edildi və bütün tərəflərin bir araya gəlməsi üçün müvafiq addımların atılması planlaşdırılır. Həmçinin Venesiya Komissiyasının irəli sürdüyü təkliflərin reallaşması istiqamətində müxalifət partiyalarının əməkdaşlıq etməsi nəzərdə tutulub”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR