Bank Of Baku

Vladimir Ruşaylonun səlahiyyət müddəti uzadıla bilər

Vladimir Ruşaylonun səlahiyyət müddəti uzadıla bilər
# 25 sentyabr 2007 15:17 (UTC +04:00)
Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin fəaliyyətdə olan sədri, qurumun icra katibi Vladimir Ruşaylonun səlahiyyət müddəti uzadıla bilər. APA-nın Belarus mətbuatına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında MDB icra katibinin birinci müavini Vladimir Qarkun deyib. O bildirib ki, bu məsələ MDB dövlət başçılarının qərarından asılıdır. V. Qarkun oktyabrın 5-də Düşənbədə keçiriləcək MDB samitinin gündəliyində icra katibinin və Dövlət Başçıları Şurasının sədrinin seçilməsi məsələsinin də olduğunu söyləyib. O, şura sədrinin ildə bir dəfə, icra katibinin isə 3 ildən bir seçildiyini xatırladıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR