Bank Of Baku

İsgəndər Həmidov: “Müttəfiqlərimi tez-tez dəyişməyimlə bağlı deyilənlər düzgün deyil”

İsgəndər Həmidov: “Müttəfiqlərimi tez-tez dəyişməyimlə bağlı deyilənlər düzgün deyil”
# 25 sentyabr 2007 16:13 (UTC +04:00)
“Mənim öz müttəfiqlərimi tez-tez dəyişməyimlə bağlı deyilənlər düzgün deyil. Bu vaxta qədər rəhbərlik etdiyim partiya yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə müttəfiqliyi dayandırıb”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov söyləyib. Onun sözlərinə görə, AXCP ilə müttəfiqliyin dayandırılmasına səbəb də bağlanmış müqavilənin şərtlərinin pozulması olub: ““Azadlıq” blokunun yaranması ilə bizim müttəfiqliyimizə nöqtə qoyuldu. Bizim sazişimizdə bənd var idi ki, hansısa ittifaqa qoşulduqda bir-birimizə məlumat verək. AXCP isə bunu etmədi. Biz də onlara rəsmi məktub yazdıq ki, sazişimiz qüvvədən düşdü”. Azərbaycan Yolu Siyasi Hərəkatı ilə əməkdaşlıq müqaviləsi ola-ola, Demokratiya Uğrunda İttifaqda təmsil olunmağına gəldikdə İ. Həmidov burada qeyri-adi məsələ görmür: “Mənim müttəfiqlərim müttəfiq kimi mənimlə əməkdaşlıq edirlər. Baxmayaraq ki, Demokratiya Uğrunda İttifaqda təmsil olunuram, AYSH ilə müqaviləmiz qüvvədədir. İlqar Qasımovla aramızda problemlərin yaranması ilə bağlı məlumatlar isə əsassızdır. Kiminsə ürəyindən keçir ki, belə bir problem yaransın. Amma belə bir məsələ yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR