Bank Of Baku

Robert Simmons NATO-nun Cənubi Qafqaz regionu üzrə yeni koordinatorunu Ermənistan rəhbərliyinə təqdim edib

Robert Simmons NATO-nun Cənubi Qafqaz regionu üzrə yeni koordinatorunu Ermənistan rəhbərliyinə təqdim edib
# 25 sentyabr 2007 16:37 (UTC +04:00)
Ermənistanın xarici işlər naziri Vardan Oskanyan NATO baş katibinin xüsusi nümayəndəsi Robert Simmonsu qəbul edib. APA-nın “Panarmenian” saytına istinadən yaydığı məlumata görə, Robert Simmons səfərində əsas məqsədin NATO-nun Cənubi Qafqaz regionuna təyin etdiyi yeni koordinator Zbiqnev Rıbatskini təqdim etmək olduğunu söyləyib. Görüşdə Ermənistanla NATO arasında imzalanmış fərdi tərəfdaşlıq planının həyata keçirilməsi ətrafında müzakirələr keçirilib. Bundan başqa tərəflər regional təhlükəsizlik, NATO-Rusiya dialoqu, alyansın sülhməramlı missiyası, yaxın dövrlərdə NATO çərçivəsində həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparıblar. Vardan Oskanyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dair son məlumatları Robert Simmonsla bölüşüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR