Bank Of Baku

VİP Məclisində partiyanın 2008-ci il prezident seçkiləri ilə bağlı atacağı addımlar müzakirə olunacaq

VİP Məclisində partiyanın 2008-ci il prezident seçkiləri ilə bağlı atacağı addımlar müzakirə olunacaq
# 26 sentyabr 2007 08:22 (UTC +04:00)
Vətəndaş İnkişaf Partiyasının (VİP) Məclisinin iclası oktyabrın sonuncu ongünlüyünə təyin olunub. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu qərar Siyasi Şuranın iclasında qəbul olunub. İclasda partiyanın qeydiyyat məsələsinin tam başa çatdırılması, sənədləşmə işlərinin yekunlaşdırılması nəzərdə tutulub. Həmçinin, iclasa kimi partiya üzvlərinə üzvlük vəsiqələri hazırlanacaq, VİP-in mərkəzi və yerli təşkilatları üçün dövlət tərəfindən qərargahın ayrılması üçün aidiyyatlı orqanlara müraciət olunacaq. İclasda həmçinin partiyanın 2008-ci il prezident seçkiləri ilə bağlı atacağı addımlar müzakirə olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR