Bank Of Baku

Azərbaycan və Çinin xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək

Azərbaycan və Çinin xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək
# 26 sentyabr 2007 09:04 (UTC +04:00)
Bu ilin sonuna qədər Azərbaycan və Çinin xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Yaşar Əliyev məlumat verib. O bildirib ki, məsləhətləşmələr Bakıda olacaq və Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək. Məsləhətləşmələrdə Azərbaycan-Çin hökumətlərarası komissiyasının növbəti yığıncağının vaxtı da müəyyənləşdiriləcək.
Səfir iki ölkənin bir sıra layihələr həyata keçirəcəyini də açıqlayıb. Onun sözlərinə görə, avtomobil nəqliyyatı, enerji, boru istehsalı və digər sahələrdə birgə layihələrin reallaşdırılması planlaşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR