Bank Of Baku

Sərdar Cəlaloğlu: “Digər partiyaların, xüsusilə də “Azadlıq” blokunun mövqeyindən asılı olmayaraq, ADP seçkilərdə iştirak edəcək”

Sərdar Cəlaloğlu: “Digər partiyaların, xüsusilə də “Azadlıq” blokunun mövqeyindən asılı olmayaraq, ADP seçkilərdə iştirak edəcək”
# 26 sentyabr 2007 09:19 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. Partiyanın yeni strateji kursunun konstruktiv müxalifətlik olduğunu deyən partiya sədri hesab edir ki, konstruktivlik yalnız müxalifətin müxalifətə münasibətində yox, müxalifətin iqtidara münasibətində də özünü göstərməlidir: “Biz hesab edirik ki, müxalifət prezident seçkilərinə vahid namizədlə getməlidir. Bunun baş tutması üçün mümkün addımları atacağıq. Alınmasa, blok şəklində seçkilərə getməyə çalışacağıq. ADP-yə yaxın partiyaların birliyi yaradılacaq və bu birliyin öz namizədi olacaq. Bu da alınmasa, təbii ki, öz namizədimizlə seçkilərə gedəcəyik”. S. Cəlaloğlunun sözlərinə görə, ADP rəhbərliyinə daxil olan şəxslər hesab edirlər ki, konstruktiv müxalifət yalnız iqtidarla küçələrdə vuruşmaq, döyüşmək formasını yox, həm də əməkdaşlıq formasını ortaya qoymalıdır: “Dağlıq Qarabağ məsələsində bütün beynəlxalq təşkilatlar Ermənistanla Azərbaycanı əməkdaşlıq etməyə çağırır. İqtidar-müxalifət münasibətlərində də yalnız qarşıdurma, dava yox, qarşılıqlı uzlaşma ilə münasibətlər qurmaq lazımdır. Bu nə mənim, nə də başqasının kəşfidir. Dünyanın hər yerində belədir ki, iqtidar və müxalifət partiyaları bir çox halda koalisiya yaradıb, yeni qüvvə kimi cəmiyyətdə müəyyən dəyişikliklər etməyə nail olub. Əsas məqsədimiz Azərbaycanda münasibətləri yeni müstəviyə çıxarmaq, siyasi situasiyanı dəyişdirməkdir. Ona görə də yolumuzu aydın və düzgün olaraq müəyyən etmişik. ADP müstəqil partiya olduğu üçün müstəqil xətt yürüdür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR