Bank Of Baku

ABŞ-a səfər edən AVSİYA nümayəndə heyəti mətbuat konfransı keçirib

ABŞ-a səfər edən AVSİYA nümayəndə heyəti mətbuat konfransı keçirib
# 26 sentyabr 2007 09:46 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) ABŞ-a səfər etmiş nümayəndə heyəti səfərin yekunlarına həsr olunan mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, sentyabrın 15-dən 22-dək ABŞ-da səfərdə olub, ABŞ Konqresində, Milli Demokratiya İnstitutunda (MDİ), “Freedom House” və “Freedom Forum”da görüşlər keçiriblər. Görüşlərin əhəmiyyətindən danışan V. Əlibəyov MDİ-nin Avrasiya məsələləri üzrə direktoru Nelson Ledski və ABŞ Konqresində “Azərbaycan Qafqazı” qrupu ilə keçirilən görüşlər haqda məlumat verib. Korrupsiyaya qarşı Mübarizə Fondunun prezidenti Namiq Axundov isə deyib ki, onların səfərindən sonra Azərbaycanı dəstəkləyən konqresmenlərin sayı 25-ə çatıb. Əvvəllər isə həmin qrupda 22 konqresmen təmsil olunub. O, səfər çərçivəsində Xocalı soyqırımına həsr olunan kitabın təqdimat mərasimi keçirildiyini də söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR