Bank Of Baku

Milli Məclis üzvləri Budapeşt həbsxanasında Ramil Səfərovla görüşüblər

Milli Məclis üzvləri Budapeşt həbsxanasında Ramil Səfərovla görüşüblər
# 26 sentyabr 2007 12:11 (UTC +04:00)
Deputatlar Azay Quliyev, Rəbiyyət Aslanova və Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşı bu gün erməni zabiti Qurgen Markaryanı qətlə yetirməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla görüşüblər. A. Quliyev azərbaycanlı zabitin əhval-ruhiyyəsinin yüksək, səhhətinin normal olduğunu bildirib. O, görüş barədə ətraflı məlumat verilməyəcəyini deyib. Nümayəndə heyəti artıq Macarıstanın Avropa Qeyri-Hüquq Mərkəzinin rəhbəri, əmək və məşğulluq, maliyyə nazirləri, Parlamentin Macarıstan-Azərbaycan Dostluq Qrupunun rəhbəri, insan hüquqları, milli azlıqlar komissiyasının sədri ilə görüşlər keçirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR