Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda ikitərəfli görüşlər keçirəcək

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda ikitərəfli görüşlər keçirəcək
# 26 sentyabr 2007 14:01 (UTC +04:00)
BMT Baş Assambleyasının 62-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün ikitərəfli görüşlər keçirəcək. XİN-dən APA-ya verilən məlumata görə, nazir bu gün Norveç Krallığının xarici işlər naziri İohans Store, Rumıniyanın xarici işlər naziri Adrian Çoroyanu, İtaliya, Sloveniya və Meksikanın xarici işlər nazirlərinin müavinləri ilə ikitərəfli danışıqlar aparacaq.
Xatırladaq ki, sabah - sentyabrın 27-də Nyu-Yorkda GUAM ölkələri xarici işlər nazirləri Şurasının 4-cü iclası keçiriləcək. Bu barədə razılıq sentyabrın 20-də Bakıda keçirilmiş GUAM milli koordinatorları Şurasının 7-ci iclasında əldə olunub. Azərbaycan XİN başçısının oktyabrın 3-də BMT Baş Assambleyasının iclasında çıxışı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR