Bank Of Baku

Arif Hacılı: “ADP hakimiyyətin siyasi xəttini dəstəkləyən mövqe tutsa, Müsavat bu partiya ilə münasibətlərinə yenidən baxacaq”

Arif Hacılı: “ADP hakimiyyətin siyasi xəttini dəstəkləyən mövqe tutsa, Müsavat bu partiya ilə münasibətlərinə yenidən baxacaq”
# 05 oktyabr 2007 12:12 (UTC +04:00)
“Azərbaycan Demokrat Partiyası hakimiyyətlə əməkdaşlığını ciddiləşdirib iqtidarın siyasi xəttini dəstəkləyən mövqe tutsa, Müsavat rəhbərliyi bu partiya ilə münasibətlərinə yenidən baxacaq”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O bildirib ki, hazırda Müsavatın ADP ilə əməkdaşlığı müzakirələrdən uzağa getmir, eyni zamanda ADP-nin də Müsavat qarşısında hər hansı öhdəliyi yoxdur və bu partiya öz siyasətini müəyyənləşdirmək hüququna malikdir: “Bu partiyalar arasında qarşılıqlı öhdəlik yoxdur və mən ADP-nin daxili işlərinə qarışmaq istəmirəm. Amma onu qeyd edə bilərəm ki, ADP-nin hazırkı mövqeyinin nə Azərbaycana, nə də bu partiyanın özünə xeyir gətirəcəyini düşünmürəm”.
ADP ilə əməkdaşlıq edən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov da ADP-nin daxili işinə qarışmaq istəmədiklərini vurğulayıb. ADP ilə yalnız seçkilərin demokratik keçirilməsi və seçkiyə nəzarətlə bağlı əməkdaşlıq etdiklərini söyləyən partiya sədri birgə məsləhətləşmə aparan partiyaların bir-birinin fəaliyyətini çərçivəyə almamaqla bağlı razılıq əldə etdiyini xatırladıb: “Kimin namizədliyini müdafiə etmək onların öz işidir. Amma hesab edirəm ki, fikirlər düşünülmüş şəkildə bildirilməlidir”. A. Rüstəmov mövcud məsləhət formatının seçki kampaniyasına start verilənə kimi mövcud olacağını düşündüyünü də əlavə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR