Bank Of Baku

İsa Qəmbər Balkan Siyasi Klubunun Bolqarıstanda keçirilən 10-cu konfransına qatılıb

İsa Qəmbər Balkan Siyasi Klubunun Bolqarıstanda keçirilən 10-cu konfransına qatılıb
# 05 oktyabr 2007 12:30 (UTC +04:00)
Müsavat Partiyasının başqanı İsa Qəmbər Balkan Siyasi Klubunun Bolqarıstanda keçirilən 10-cu konfransında iştirak edir. Partiyanın Mərkəzi İcra Araratının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, səfər oktyabrın 7-nə kimi dəvət edəcək. Bolqarıstanın keçmiş prezidenti Jelyu Jelevin dəvəti ilə toplantıya qatılan İ. Qəmbər konfransda çıxış edəcək. A. Hacılı konfransın Balkan və Cənubi Qafqaz regionları arasında əməkdaşlıq məsələlərinə həsr olunduğunu bildirib. Qeyd edək ki, Balkan Siyasi Klubuna Bolqarıstan, Albaniya, Xorvatiya, Yunanıstan, Bosniya-Hersoqovina, Makedoniya, Moldova, Rumıniya, Serbiya, Sloveniya və Türkiyədən keçmiş və indiki dövlət və hökumət xadimləri, siyasi liderlər daxildir. Hazırda keçirilən konfransda həmçinin, Fransa, Almaniya, İsveç, Avrora Birliyinin və Avropa Parlamentinin rəsmiləri iştirak edir. A. Hacılı partiya başqanının bu ay Almaniyaya səfər edəcəyini də qeyd edib. Səfərdə məqsəd Avropa Liberal Demokrat Partiyası İttifaqının qurultayında iştirak etməkdir. Qurultayda Müsavatın bu ittifaqa üzvlüklə bağlı müraciətinə də baxılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR