Bank Of Baku

Vilnüsdə Azərbaycan, Litva, Gürcüstan, Ukrayna və Polşa arasında enerji sahəsində əməkdaşlıqla bağlı müqavilə imzalanacaq

Vilnüsdə Azərbaycan, Litva, Gürcüstan, Ukrayna və Polşa arasında enerji sahəsində əməkdaşlıqla bağlı müqavilə imzalanacaq
# 05 oktyabr 2007 15:17 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Litvanın Azərbaycandakı səfiri Kyastutis Kudzmanas bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, əsas müzakirə mövzusu regionda enerji təhlükəsizliyinin təmin olunması məsələsi olacaq. Sammitdə 21 dövlətin nümayəndələrinin iştirak edəcəyini açıqlayan səfir Litva, Latviya, Azərbaycan, Gürcüstan, Ukrayna və Polşanın prezidentlər, Çexiyanın vitse-prezident, Estoniyanın isə baş nazir səviyyəsində təmsil olunacağını söyləyib. Müzakirələrə Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Andris Piebalqs da qatılacaq. Sammit çərçivəsində iri enerji şirkətləri, o cümlədən Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndələrinin iştirak etdiyi konfrans da olacaq. K. Kudzmanasın sözlərinə görə, sammitin gedişində Litva, Azərbaycan, Gürcüstan, Ukrayna və Polşa arasında enerji sahəsində əməkdaşlıq, həmçinin birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanacaq. Bundan başqa, Odessa-Brodı layihəsinin inkişaf etdirilməsinə dair sənədin imzalanması da nəzərdə tutulub. /APA/











1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR