Bank Of Baku

Asim Mollazadə: “Azərbaycanı orta əsrlərə qaytarmaq istəyirlər”

Asim Mollazadə: “Azərbaycanı orta əsrlərə qaytarmaq istəyirlər”
# 05 oktyabr 2007 13:05 (UTC +04:00)
“Azərbaycanın regiondakı önəmini anlayan qüvvələr bu faktordan istifadə edərək ölkəni orta əsrlərə qaytarmaq istəyirlər”. Bu fikirləri Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə ABŞ-ın Azərbaycandakı səfirliyində keçirdiyi görüş zamanı səsləndirib. Bu görüşdə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya bölgəsi üzrə nümayəndəsi Noah Kristel, Dövlət Departamentinin Avropa məsələləri bürosunun nümayəndəsi Lane D. Bahl, Dövlət Departamentinin insan hüquqları və əmək bürosunun nümayəndəsi Vendi Silverman, Ədliyyə Departamentinin proqramı müdiri Şeyla Filips, USAİD-in Demokratiya, dövlətçilik və ictimai əlaqələr ofisinin direktor əvəzi Suzan Fertik Düks və ABŞ-dan olan digər diplomatlar iştirak edib. Görüşün keçirilməsində məqsəd Azərbaycanda demokratiyanın inkişafı üçün zəruri olan məsələlərin müzakirəsi olub. A.Mollazadə qeyd edib ki, hazırda dünyəviləşmə əleyhinə olan, bununla da dünyəvi təhlükəyə çevrilən dini təməlçi təşkilatlara qarşı fəaliyyətin gücləndirilməsinə ehtiyac var. Bir sıra demokratik institutların formalaşmasında gənclərin, qadınların və medianın rolunun artırılması zəruridir. Azərbaycanda təhsilin, mədəniyyətin səviyyəsinin gücləndirilməsinə, ayrı-ayrı sahələrdə demokratik islahatların aparılmasına böyük ehtiyac olduğunu vurğulayan millət vəkili bunu demokratik təsisatların formalaşması yolunda vacib addım kimi qiymətləndirib. Görüşdə qarşıdan gələn prezident seçkiləri, ölkədəki seçkiqabağı vəziyyət, media və azad söz sahəsindəki problemlər, insan hüquqlarının vəziyyəti və digər məsələlər ərafında geniş fikir mübadiləsi aparılıb. A. Mollazadə seçki sistemində islahatlarla bağlı DİP-in mövqeyini də ifadə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR