Bank Of Baku

Avropa Şurası Parlament Assambleyasının payız sessiyası başa çatıb

Avropa Şurası Parlament Assambleyasının payız sessiyası başa çatıb
# 05 oktyabr 2007 13:17 (UTC +04:00)
Plenar iclasın ilk günün rəsmi açılış mərasiminə və Avropada miqrasiya problemlərinə həsr olunub. Bu müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva Beynəlxalq Miqrasiya Təşkilatının fəaliyyətinə dair 11351 saylı məruzəsini parlamentarlara təqdim edib. Azərbaycanlı millət vəkilinin hazırladığı hesabat AŞPA tərəfindən yüksək qiymətləndirilib. Bundan əlavə sessiyada Azərbaycan üçün maraqlı olan məsələlərdən diffamasiya məsələsi, Avropa Şurasının büdcəsi və s. müzakirə olunub. Bir həftə davam edəcək sessiyaya Avropa Şurasının prezidentinin dəvəti ilə bir neçə ölkənin rəhbəri və siyasi xadimlər AŞPA-nın işinə qonaq qismində qatılıblar. Onların arasında Milli Məclisin spikeri Oqtay Əsədov da olub. Oqtay Əsədov AŞPA-nın oktyabrın 3-4-də keçiriləcək iclaslarına qatılıb. Parlamentin spikeri səfər çərçivəsində AŞPA-nın baş katibi Terri Devis, AŞPA prezidenti Rene van der Linden, “Aqo Qrupu”nun rəhbəri Pyer Syörgen ilə görüşüb. Bundan başqa Oqtay Əsədov bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə də görüş keçirib. Sessiya çərçivəsində daha bir görüş AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin rəhbəri lord Rassel Constonla Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri arasında keçirilib. Görüşdə qurumun nümayəndə heyətinin münaqişə zonasına səfərinin təxirə salınmasını səbəbləri müzakirə olunub. Qeyd edək ki, AŞPA-nın növbəti sessiyası gələn ilin yanvarında keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR