Bank Of Baku

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqə üzrə sənəd qəbulu sabah başa çatacaq

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqə üzrə sənəd qəbulu sabah başa çatacaq
# 05 oktyabr 2007 13:37 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 25 dövlət orqanında 383 vakant dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə sentyabrın 7-də elan edilən müsabiqə üzrə sənəd qəbulu yekunlaşmaq üzrədir. Komissiyadan APA-ya verilən məlumata görə, sənəd qəbulu oktyabrın 6-da başa çatacaq. Bildirilir ki, oktyabrın 5-nə qədər 1249 vətəndaş müsabiqədə iştirak etmək məqsədilə qanunvericiliklə nəzərdə tutulan sənədləri Komissiyaya təqdim edərək qeydiyyata alınıblar. Ümumi göstəricilərə əsasən namizədlər Dövlət Miqrasiya Xidməti (27 vakant vəzifə üzrə 237 namizəd), İqtisadi İnkişaf Nazirliyi (34 vakant vəzifə üzrə 158 namizəd), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (30 vakant vəzifə üzrə 134 namizəd) və Gənclər və İdman Nazirliyində (22 vakant vəzifə üzrə 124 namizəd) olan vakant vəzifələrə daha çox maraq göstərirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR