Bank Of Baku

Sərdar Cəlaloğlu Yuliya Timoşenkoya əməkdaşlıq təklif edib

Sərdar Cəlaloğlu Yuliya Timoşenkoya əməkdaşlıq təklif edib
# 05 oktyabr 2007 14:02 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Ukraynada keçirilən parlament seçkilərində uğur qazanmış “Yuliya Timoşenko” blokunun lideri Yuliya Timoşenkoya təbrik məktubu göndərib. ADP-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, S. Cəlaloğlu məktubunda Ukrayna ilə Azərbaycanın bir-birinə bağlı dövlətlər olduğunu bildirib, strateji məsələlərdə əməkdaşlıq edilməsinin vacibliyini qeyd edib. Partiya sədri Ukraynada gedən demokratik proseslərin Azərbaycana da təsir etdiyini bildirərək, bu ölkədəki müsbət proseslərə dəstək verəcəyini qeyd edib. Təbrik məktubunda ADP-nin “Yuliya Timoşenko” bloku ilə əməkdaşlığa hazır olduğu bildirilib və bunun əhəmiyyətli ola biləcəyi vurğulanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR