Səməd Seyidov: “Avropa Şurasının missiyası Dağlıq Qarabağa Azərbaycanın nəzarətində olan ərazidən səfər etməlidir”
Azərbaycanın öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı Monitorinq Komitəsində müzakirə aparıldığını və medianın hazırkı vəziyyəti, insan haqları, Seçki Məcəlləsi və “Sərbəst toplaşmaq azadlığı” haqında qanunla bağlı qeydlərin və narahatlıqların ifadə edildiyini deyən S. Seyidov bu məsələlər münasibət bildirdiklərini, hər şeyin qanun çərçivəsində həll olunduğunu vurğuladıqlarını da söyləyib: “ Seçki Məcəlləsi ilə bağlı Venesiya Komissiyası ilə ciddi müzakirələr aparılır. Azərbaycan söz azadlığı və media məsələlərinə xüsusi önəm verir, bununla bağlı problemlərin tezliklə həll olunmasının tərəfdarıdır. Amma təbii ki, hər şey qanun çərçivəsində olmalıdır. Bu müzakirələrdən sonra isə yeni məruzəçinin təyin olunması ilə bağlı razılığa gəlindi. Yalnız yeni məruzəçi təyin olunandan sonra onların bu ilin sonu və ya gələn ilin əvvəli Azərbaycana səfərləri olacaq”. Yeni məruzəçinin kimliyini təxminən bildiklərini deyən S. Seyidov rəsmi təsdiq olmadan ad açıqlamaq istəməyib.
Sessiya çərçivəsində Dağlıq Qarabağ üzrə alt komitənin iclasının keçirildiyini söyləyən nümayəndə heyətinin rəhbəri komitənin sədri Lord Rassel Constonla görüşündə onun hər iki ölkəyə səfər etmək niyyətində olduğunu və Azərbaycanın bu səfəri alqışladığını deyib: “Biz komitənin Dağlıq Qarabağa səfərinin də əleyhinə deyilik. Sadəcə, bütün addımların Azərbaycanın ərazi bütövlüyü çərçivəsində atılmasının tərəfdarıyıq. Bu isə o deməkdir ki, Dağlıq Qarabağa Azərbaycanın nəzarətində olan ərazidən səfər edilməlidir. Bu, tam məntiqlidir. Məsələn, Avropa Şurası Gürcüstana öz məruzəçisini göndərir. Məruzəçi təbii Gürcüstana gedendə Cənubi Osetiyaya da, Abxaziya da getməlidir. Məgər o Gürcüstana gedəndən sonra yenidən Rusiyaya keçib, sonra Abxaziyaya və ya Cənubi Osetiyaya gedir? Və ya Moldovaya gedən məruzəçi Dnestrayıya getmək üçün yenidən Rusiyaya keçir? Avropa Şurasının məruzəçisi hər hansı ölkəyə gedəndə ora ərazi bütövlüyü nöqteyi-nəzərindən yanaşır. Mən başa düşə bilmirəm, Azərbaycanın ərazi bütövlüyü bütün ölkələr tərəfindən tanındığı halda, niyə Dağlıq Qarabağa Ermənistandan gedilməlidir? Biz öz nəzarətimiz altında olan ərazilərlə bağlı tam qarantiya veririk, heç bir problem yoxdur. Əgər kim buna əməl etməyib, Dağlıq Qarabağa Ermənistandan gedəcəksə, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etmiş olacaq. Bu hörmətsizliyi edən şəxs və ya şəxslər isə Azərbaycanla hər hansı əməkdaşlıq edə bilməz. Bu məsələ ilə bağlı Ermənistan tərəfi iddialar irəli sürmək niyyətində oldu, amma onlar heç nə edə bilməzlər. Məsələ biz istədiyimiz formada həllini tapacaq. Çünki Azərbaycanın tələbi beynəlxalq hüquqa uyğundur, ona görə istər-istəməz buna əməl olunacaq”.
S. Seyidov mədəni irsin qorunması ilə bağlı cənab O’haranın rəhbərlik etdiyi heyətin regiona səfərinə də baxılmasının və təhlil olunmasının vacibliyini qeyd edib: “Biz və mən şəxsən bir neçə dəfə məktub göndərib, O”haranın səfərinin tərəfdarı olduğumuzu, səfərə heç bir əngəl yaratmaq fikrində olmadığımız bildirmişik. Amma bu səfər də beynəlxalq normalara uyğun həyata keçirilməlidir. Çünki ortada ərazi bütövlüyü məsələsi var və bu, müzakirə mövzusu deyil. Bu səfər də qeyri-müəyyən vaxta qədər təxirə salındı, yəqin ki, reallaşacaqsa, beynəlxalq qanun çərçivəsində Azərbaycanın təklif etdiyi marşrutla olacaq, bizim israrlı olduğumuz mövqe dəstəklənəcək”.
S. Seyidov sessiya çərçivəsində nümayəndə heyəti üzvlərinin çıxışlarının, görüşlərin Azərbaycan həqiqətlərinin çatdırılmasına böyük rol oynadığını deyib. /APA/
Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Xəbər Lenti
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
UFC: Braziliya təmsilçisindən çətin qələbə
Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazanıb
Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb
Hörmüz boğazında tanker vurulub
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
Zelenski Volqoqraddakı hərbi zavoda zərbə endirildiyini təsdiqləyib - VİDEO - YENİLƏNİB
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər
Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Abşeron yarımadasının bəzi ərazilərində leysan, dolu gözlənilir
Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib
Dövlət Departamenti: Livan sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur
Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb
Çin 2026-cı ilin ilk rübündə 184,1 milyard dollar cari profisit əldə edib