Bank Of Baku

Peşəkar kəşfiyyatçı Sergey Lebedev MDB-nin yeni icra katibi seçilib

Peşəkar kəşfiyyatçı Sergey Lebedev MDB-nin yeni icra katibi seçilib
# 05 oktyabr 2007 15:47 (UTC +04:00)
O bildirib ki, Rusiya tərəfinin təklif etdiyi namizəd bütün prezidentlər tərəfindən dəstəklənib: ”Cənab Lebedev özünü yüksək intellektə malik şəxs kimi göstərib. Biz inanırıq ki, onun fəaliyyəti MDB ölkələrinin bundan sonrakı məhsuldar əməkdaşlığına və təşkilatın inkişafına yeni impuls verəcək”. N. Nazarbayev MDB-də sədrliyin Qırğızıstana keçdiyini, təşkilatın növbəti zirvə toplantısının isə gələn ilin sentyabrında Qırğızıstanın paytaxtı Bişkek şəhərində baş tutacağını açıqlayıb.
Qeyd edək ki, S. Lebedev 1948-ci ildə Özbəkistanın Cizak şəhərində doğulub. 1973-cü ildən SSRİ dövlət təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb. DTK-nın Kiyevdəki məktəbində əks-kəşfiyyat hazırlığı keçib, sonra DTK-nın Krasnoznamennı İnstitutunda kəşfiyyat təhsili alıb, 1978-ci ildə SSRİ XİN-in Diplomatik Akademiyasını bitirib. Dəfələrlə Almaniya Demokratik Respublikasında, Almaniya Federativ Respublikasında, Qərbi Berlində, birləşmiş Almaniyada xidməti ezamiyyətdə olub. 1998-2000-ci illərdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin ABŞ-dakı rəsmi nümayəndəsi vəzifəsini tutub. 2000-ci il mayın 20-də prezident Vladimir Putinin fərmanı ilə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru təyin edilib. Ordu generalıdır. Alman və ingilis dillərini bilir. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR