Bank Of Baku

ADP Ali Məclisində müxalifətin vahid namizədinin müəyyənləşməsi ilə bağlı müzakirə aparılacaq

ADP Ali Məclisində müxalifətin vahid namizədinin müəyyənləşməsi ilə bağlı müzakirə aparılacaq
# 05 oktyabr 2007 15:56 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) Ali Məclisinin oktyabrın 14-də keçiriləcək iclasında partiyanın prezident seçkiləri ilə bağlı strategiya və taktikası müzakirə olunacaq. Partiya mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılovun APA-ya verdiyi məlumata görə, müzakirənin əsas istiqaməti müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi üçün mümkün olan variantların həyata keçirilməsi olacaq. O, toplantıda seçkilərlə bağlı yekun qərarın verilməyəcəyini söyləyib: “Çünki siyasi partiyalar arasında seçkilərlə bağlı mövqelər hələlik tam aydınlaşmayıb”. İclasda ölkədəki ictimai-siyasi vəziyyət, təşkilati məsələlər də müzakirə ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR