Bank Of Baku

Azərbaycanın komitə sədri İslam Konfransı Təşkilatının baş katibi ilə görüşüb

Azərbaycanın komitə sədri İslam Konfransı Təşkilatının baş katibi ilə görüşüb
# 06 oktyabr 2007 10:16 (UTC +04:00)
ABŞ-da səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov İslam Konfransı Təşkilatının baş katibi Əkməlləddin İhsanoğlu və BMT-nin eqidası altında fəaliyyət göstərən Sülh Naminə Dinlərin və Mədəniyyətlərin Anlaşması üzrə Yüksək Səviyyəli Dialoqun rəsmiləri ilə ikitərəfli görüşlər keçirib. Azərbaycanın BMT-dəki nümayəndəliyindən APA-nın ABŞ bürosuna verilən məlumata görə, görüşlərdə müvafiq sahə üzrə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edilib və fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, H. Orucov BMT Baş Assambleyasının 62-ci sessiyasında çıxışı zamanı Ermənistanın dövlət səviyyəsində terrora dəstək verən ölkə olduğunu bəyan edib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR