Bank Of Baku

İslam Partiyası Baş Məclisinin toplantısı oktyabrın birinci yarısında keçiriləcək

İslam Partiyası Baş Məclisinin toplantısı oktyabrın birinci yarısında keçiriləcək
# 06 oktyabr 2007 10:28 (UTC +04:00)
“İslam Partiyası Baş Məclisinin toplantısını oktyabrın birinci yarısında keçirməyə cəhd edəcəyik”. Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov APA-ya açıqlamasında bildirib ki, Baş Məclisin gec keçirilməsi ilə bağlı ittihamlar əsassızdır. Onun sözlərinə görə, 2004-cü ildə Baş Məclisin yığıncağı qurultaydan 4 ay sonra keçirilib və bu məsələdə də heç bir problem yaranmayıb. M. Səmədov Baş Məclisin toplantısında yeni təqdimatların olacağını da istisna etməyib: “Müavin postlarına təyinatlar olsa da, onlar bu vəzifələrə təsdiq olunmayıblar. Bu məsələ Baş Məclisin toplantısında öz həllini tapacaq və partiyanın yeni rəhbərliyi formalaşacaq. Ciddi struktur dəyişikliyi mümkün deyil. Çünki bu səlahiyyət qurultaya məxsusdur, qurultayda isə belə dəyişiklik olmadı”. O, Baş Məclisin toplantısından sonra partiyanın rayon təşkilatlarının fəaliyyəti ilə tanış olmaq üçün bölgələrə səfərlərin təşkil olunacağını da söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR