Bank Of Baku

Azərbaycan nümayəndə heyəti Varşavada insan ölçüsü sahəsində öhdəliklərin yerinə yetirilməsinə dair görüşdə aktiv iştirak edib

Azərbaycan nümayəndə heyəti Varşavada insan ölçüsü sahəsində öhdəliklərin yerinə yetirilməsinə dair görüşdə aktiv iştirak edib
# 06 oktyabr 2007 10:28 (UTC +04:00)
Sentyabrın 24-dən oktyabrın 5-nə kimi Varşavada insan ölçüsü sahəsində öhdəliklərin yerinə yetirilməsinə dair ATƏT-in 12-ci görüşü keçirilib. Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən məlumata görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən təşkil olunmuş təşkilata üzv 56 ölkənin hökumət, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlarından min nəfərə yaxın nümayəndəsi iştirak edib. Görüşdə Avropa məkanında insan haqları və demokratiya üzrə ən vacib sayılan insan ölçüsünə dair öhdəliklərin ATƏT-ə üzv ölkələrdə yerinə yetirilməsi barədə diskussiyalar aparılıb. Azərbaycanı tədbirdə Prezident Aparatı, DİN, MSK, Ədliyyə Nazirliyi, Ombudsman Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Onlar insan ölçülərinə dair öhdəliklərin yerinə yetirilməsi sahəsində gördükləri iş barədə məlumat veriblər. Tədbir iştirakçılarının diqqətinə söz azadlığının təmin olunması, KİV-lərin fəaliyyəti, seçki və məhkəmə sistemlərinin fəaliyyəti, insan alveri ilə bağlı mübarizə, qadınlara qarşı zorakılığın qarşısının alınması və s. məsələlər üzrə hökumətin gördüyü iş barədə məlumat veriblər. Bununla yanaşı, hökumət nümayəndələri digər ölkə nümayəndələri və QHT təmsilçilərinin bu sahədə vəziyyətlə bağlı tənqidi çıxış və iradlarına cavab veriblər. Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri bir sıra ikitərəfli görüşlər də keçiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR