Bank Of Baku

Əli Hüseynov: “Azərbaycanda “Alternativ xidmət haqqında” qanunun qəbulu işğal altında olan torpaqların azad edilməsi yolunda maneə olmayacaq”

Əli Hüseynov: “Azərbaycanda “Alternativ xidmət haqqında” qanunun qəbulu  işğal altında olan torpaqların azad edilməsi yolunda maneə olmayacaq”
# 06 oktyabr 2007 11:09 (UTC +04:00)
Azərbaycanın Avropa Şurası qarşısında bu qanunun qəbulu ilə bağlı öhdəlik götürdüyünü bildirən Ə. Hüseynov nəzərə çatdırıb ki, alternativ xidmət anlayışı Azərbaycan Konstitusiyasında da əksini tapıb: “Hesab edirəm ki, “Alternativ xidmət haqqında” qanunun mahiyyətini bir qədər dərindən öyrənmək lazımdır. Məncə, bu qanunu Milli Məclisdə müzakirə etməzdən əvvəl ictimai müzakirələrə çıxarmağa ehtiyac var”. Millət vəkili deyib ki, bu qanunun qəbul olunması hərbi qulluğun təşkili və işğal altında olan torpaqlarımızın azad edilməsi yolunda maneə olunmayacaq: “Bir çoxları alternativ xidmətin, vicdan azadlığı hüququnun mahiyyətini bilmədən fikirlər söyləyirlər, bu fikirlərin də çoxu hüquqa yox, emosiyaya söykənirlər”.
Komissiya sədrinin sözlərinə görə, Azərbaycanda inzibati məhkəmələrin yaradılması məsələsi də gündəmdədir. O qeyd edib ki, “Məhkəmələr və hakimlər haqqında” qanun Azərbaycanda inzibati məhkəmələrin də mövcud olması ideyasını təsdiq edir: “Biz inzibati icraat haqqında qanun qəbul etsək də, hələ İnzibati Prosessual Məcəlləni qəbul etməmişik. İnzibati məhkəmələr isə işlərə bu məcəlləyə uyğun olaraq baxmalıdır. Bu məsələ parlamentin payız sessiyasının gündəliyində var. Ümidvaram ki, biz məhsuldar işləyib İnzibati Prosessual Məcəlləni qəbul edəcəyik. Həm İnzibati Məcəllə, həm də İnzibati Prosessual Məcəllə qüvvəyə mindikdən sonra inzibatı məhkəmələr fəaliyyətə başlaya bilər”.
Seçki Məcəlləsi ilə bağlı jurnalistlərin suallarını cavablandıran Ə. Hüseynov deyib ki, adı çəkilən qanunda dəyişiklər texniki xarakter daşımalıdır: “Bu, seçki komissiyalarının daha peşəkar fəaliyyəti, onların maddi təminatı üçün atılan addımlar olmalıdır. Məndə olan məlumata görə, Seçki Məcəlləsi ilə bağlı Avropa Şurasının və yeri ekspertlər arasında müzakirələrin açılması gözlənilir. Amma seçki komissiyalarının formalaşdırılması ilə bağlı bizim mövqeyimiz birmənalıdır. İndi mövcud olan format normaldır. Bu, ideal olmasa da, müzakirə edilən formatlardan daha qənaətbəxşdir”. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR