Bank Of Baku

Azərbaycan və Xorvatiya xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək

Azərbaycan və Xorvatiya xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək
# 08 oktyabr 2007 08:10 (UTC +04:00)
Bu ilin sonuna qədər Azərbaycan və Xorvatiya xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək. Bu barədə APA-ya Xorvatiyanın Azərbaycanda da akkreditə olunmuş Türkiyədəki səfirliyindən məlumat verilib. Azərbaycan tərəfinin təşəbbüsü ilə keçiriləcək məsləhətləşmələrdə əsas müzakirə mövzusu hər iki ölkənin bir-birini ərazisində səfirlik açması olacaq. Azərbaycanın Xorvatiyadakı səfirliyi bu ilin sonlarında fəaliyyətə başlamalıdır. Yaxın vaxtlarda isə Xorvatiya Azərbaycanda Fəxri Konsulluq açmağı planlaşdırır. Fəxri konsul Azərbaycan vətəndaşı olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR