Bank Of Baku

73 DSK üçün yeni bina tikilib

73 DSK üçün yeni bina tikilib
# 08 oktyabr 2007 09:25 (UTC +04:00)
Dairə Seçki Komissiyaları (DSK) üçün yeni binaların tikintisi və istifadəyə verilməsi yekunlaşmaq üzrədir. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, bu vaxta qədər 73 DSK üçün yeni bina tikilib. O, həmin binaların tikintisinin dövlət başçısının göstərişi ilə yerli icra hakimiyyəti orqanları tərəfindən inşa edildiyini qeyd edib. A. Sarıyev 73 binanın 64-nün açılış mərasiminin keçirildiyini və istifadəyə verildiyini qeyd edib. Yeni tikilən binaların iş otaqlarının sayı 8-dən yuxarıdır. Bundan əlavə, 25 DSK üçün hazır bina verilib. Digər DSK-ların isə otaqlarının sayı artırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR