Bank Of Baku

AMİP 2008-ci il prezident seçkilərinə hazırlığa başlayıb

AMİP 2008-ci il prezident seçkilərinə hazırlığa başlayıb
# 08 oktyabr 2007 09:45 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 2008-ci il prezident seçkilərinə hazırlığa başlayıb. Bu barədə APA-ya partiyanın sədri Ayaz Rüstəmov məlumat verib. Onun sözlərinə görə, yerli təşkilatlarda toplantılar keçirilir, təşkilati işlər aparılır. Sadəcə, seçkilərə hazırlıqla bağlı namizədi müəyyənləşdirib bəyanat verməklə məsələnin həll olunmadığını bildirən A. Rüstəmov hesab edir ki, birinci növbədə yerli təşkilatlar hazır vəziyyətə gətirilməlidir. Partiyanın seçkilərdə dəstəkləyəcəyi namizədə gəldikdə, A. Rüstəmov bildirib ki, bu barədə yaxın zamanlarda partiyada müzakirələr başlayacaq: “Bizim istəyimiz ondan ibarətdir ki, Etibar Məmmədovun namizədliyi irəli sürülsün. Amma partiyanın lideri hələlik öz fikrini bildirmədiyi üçün biz də bu məsələdə qəti qərar verməmişik. Amma buna baxmayaraq, hazırlıq işlərini davam etdirəcəyik. Çünki istənilən şəxs gücə arxalanıb öz namizədliyini irəli sürməlidir. Biz ən azı bu seçkidə onun qələbəsinin təmin olunmasını əmin olmalıyıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR