Bank Of Baku

AŞ-nin Azərbaycandakı Ofisinin rəsmisi: “Seçki Məcəlləsi ilə bağlı toplantıya Yeni Azərbaycan, Ana Vətən və Sosial Rifah partiyaları da dəvət olunmuşdu”

AŞ-nin Azərbaycandakı Ofisinin rəsmisi: “Seçki Məcəlləsi ilə bağlı toplantıya Yeni Azərbaycan, Ana Vətən və Sosial Rifah partiyaları da dəvət olunmuşdu”
# 08 oktyabr 2007 10:15 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Avropa Şurasının Azərbaycandakı Ofisinin mətbuat və informasiya məsələləri üzrə müşaviri İlqar İbrahimli deyib. İ. İbrahimli sözügedən partiyaların müzakirələrdə iştirak etməməsinin səbəbinin onlara da bəlli olmadığını deyib. O, partiyaların bu mövqeyinə şərh vermək istəməyib.
Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev isə onlara nə yazılı, nə də şifahi dəvətin daxil olduğunu bildirib: “Əgər Avropa Şurası belə bir dəvətnamə göndəribsə, nə vaxt, kiminlə göndərdiyini, şifahi dəvət edibsə, kimə deyildiyini açıqlasın. Belə bir görüşün olacağı barədə məlumatı biz mətbuatdan oxumuşuq. Həmin görüşdə iştirak etməkdə maraqlı idik. Amma dəvət olmadı. Məsələylə bağlı Avropa Şurasının Azərbaycandakı ofisi ilə əlaqə saxladım. Onlar bildirdilər ki, tədbirin təşkilatçısı İFES olub və buna görə də YAP-ı tədbirə onlar dəvət etməliymişlər”.
İFES-in Azərbaycan üzrə direktoru Den Blessinqton isə APA-ya bildirib ki, onlar telefonla YAP-ı toplantıya dəvət ediblər, YAP-dan da bildirilib ki, görüşdə iştirak edəcəklər: “Amma iştirak etməyiblərsə, bu böyük problem deyil, xırda məsələdir”.
Qeyd edək ki, oktyabrın 5-də Avropa Şurasının Azərbaycandakı Ofisində təşkil olunan toplantıda Müsavat, Demokrat, Xalq Cəbhəsi, Liberal, Demokratik İslahatlar, Açıq Cəmiyyət, Ədalət, Ümid, Böyük Quruluş, Vətəndaş və İnkişaf, Vətəndaş Həmrəyliyi partiyalarının nümayəndələri iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR