Bank Of Baku

Terri Devis: “Ümidvaram ki, Azərbaycan növbəti seçkilərdə daha çox irəliləyişə nail olacaq” - EKSKLÜZİV

Terri Devis: “Ümidvaram ki, Azərbaycan növbəti seçkilərdə daha çox irəliləyişə nail olacaq” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 08 oktyabr 2007 10:50 (UTC +04:00)
- Azərbaycanda gedən prosesləri necə qiymətləndirirsiniz?
- Mən Avropa Şurasına bütün üzv ölkələrdə, o cümlədən Azərbaycanda demokratiyanın inkişafını izləyirəm. İnkişaf göz önündədir. Söz azadlığı ilə bağlı müəyyən tənqidlər olsa da, deyərdim ki, son illərdə nəzərəçarpacaq dərəcədə inkişaf var.
- Azərbaycanda jurnalistlərin həbsinə münasibətiniz necədir?
- Mən Azərbaycan hökuməti ilə bu mövzuları müzakirə etmişəm. Biz iddia etməməliyik ki, jurnalistlər həbs olunub və onlar günahsızdır. Biz onların niyə həbs olunduğunu araşdırmalıyıq.
- Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyası arasında gedən müzakirələri necə qiymətləndirirsiniz?
- Danışıqlar çox yaxşı gedir. Bizim prezident Əliyevlə çox yaxşı şəxsi münasibətimiz var, mən onu uzun illərdir tanıyıram. Biz hər zaman onunla Azərbaycanda insan haqları və demokratiya ilə bağlı məsələləri müzakirə edirik.
- Azərbaycanda prezident seçkilərinin ədalətli, demokratik və şəffaf keçməsi üçün Avropa Şurası ölkəmizə hansı yardımları edə bilər?
- Mən tam əminəm ki, Azərbaycan hakimiyyəti seçkiləri əvvəlkindən daha yaxşı təşkil edəcək. Mənim fikrimcə, keçən seçkilərdə də müəyyən irəliləyişlər var idi. Ümidvaram ki, növbəti seçkilərdə daha çox irəliləyişə nail olunacaq. Mən seçkilərin daha demokratik keçirilməsini istəyirəm. İstəyirəm ki Azərbaycan əhalisi onları parlamentdə kimin təmsil edəcəyinə sərbəst qərar verə bilsin.
- Azərbaycan Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərin qəbulu nə dərəcədə zəruridir? Azərbaycan hökuməti bu dəyişiklikləri qəbul etməsə, Avropa Şurasının sanksiyaları ilə üzləşə bilərmi?
- Biz Azərbaycana Seçki Məcəlləsinin təkmilləşdirilməsində köməklik göstərə bilərik. Venesiya Komissiyası sırf bu işlə məşğul olur. Bizim işimiz məsləhətimizi qəbul etməyənləri cəzalandırılmaq deyil. Mən əminəm ki, Azərbaycan hökuməti bizim təkliflərimizi ətraflı müzakirə edəcək. Ötən seçkilərdə bir adamın iki dəfə səs verməsinin qarşısını almaq ucun barmaqlara xüsusi mürəkkəb vurulması mexanizmindən istifadə olundu. Azərbaycanda ədalətli səsverməyə çox böyük maraq var idi. Bəziləri deyirdi ki, prezident Əliyev bununla razılaşmayacaq, çünki insanlar üçün barmaqlarını mürəkkəbə batırmaq alçaldıcı ola bilər. Lakin Prezident Əliyev saxtakarlığın qarşısını almaq üçün bunu etdi. Mən Azərbaycan tərəfinin seçkilərə hazırlıqla bağlı başqa məsələləri də bizimlə məsləhətləşməsini gözləyirəm. Biz təcrübəmizə əsaslanaraq Azərbaycana müstəqil məsləhət verə bilərik.
- Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycandan olan namizədlərin siyahısının geri qaytarılması nə dərəcədə ədalətli qərardır?
- Mən bu qərara şərh verə bilmərəm, çünki namizədlərlə söhbət aparmamışam. Avropa Şurası Parlament Assambleyasının bütün namizədlərlə söhbət aparan Alt Komitəsi var. Bu məsələ ilə bağlı dedilər ki, namizədlər seçim aparmaq ucun kifayət qədər ixtisaslaşmayıb və Azərbaycan hökumətinə yeni siyahı hazırlamaq tapşırılıb. Mən bunun nə dərəcədə ədalətli olduğunu deyə bilmərəm. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR