Qanunsuz silah alqı-satqısı ilə məşğul olan Ermənistan Cənubi Qafqazda əsas qeyri-stabillik ocağıdır
Ermənistanla Rusiyanın hərbi-texniki əməkdaşlığı çoxlarına məlumdur. Bu əməkdaşlıq 1997-ci il avqustun 27-də imzalanmış “Dostluq, əməkdaşlıq və qarşılıqlı müdafiə barədə” sazişlə tənzimlənir. Buna baxmayaraq hələ saziş imzalanmazdan öncə Rusiyanın Ermənistana 1 milyard dollar həcmində silah satması faktı yaddaşlardan silinməyib. 1993-1996-cı illərdə İrəvana əlavə olaraq böyük miqdarda silah və sursat - 9,5 min ədəd raket-artilleriya vahidi, 72 zirehli tank, 600 vaqon sursat verilib. Həm də bu silah Ermənistana müvafiq saziş imzalanmadan, qeyri-leqal yolla verilib. Həmçinin, Rusiyanın Ermənistana 21,314 ədəd hərbi texnika, 64 min ton yanacaq, 15,977 ədəd rabitə vasitəsi, 41,003 metr kabel verməsi də sənədləşdirilməyib. 1992-1994-cü illərdə Mozdok aerodromundan İrəvana İl-76 və AN-12 təyyarələri ilə 130 min ton sursat daşınması üçün 660 reys həyata keçirilib.
Hazırda ATƏT-in İstanbul sazişinə müvafiq olaraq 1999-cu ildən başlayaraq Gürcüstan ərazisindən Rusiya hərbi bazalarının ləğvi prosesi gedir. Bu hərbi bazalara məxsus silah-sursat və texnika müxtəlif hissələrlə Ermənistan, yaxud bu ölkənin işğal altında saxladığı Azərbaycan ərazilərinə yerləşdirilir. “The International Institute for Strategic Studies” təşkilatının məlumatlarına görə, 2006-cı ildə Ermənistan Rusiyadan 8 ədəd P-17 markalı operativ-taktiki raket kompleksi qurğusu və onun üçün 500 kilometr məsafəni vura bilən 32 raket və çoxlu sayda minaatan aldığını bəyan etməyib. Bundan başqa Ermənistanın Rusiyadan hazırda dünyada analoqu olmayan hərbi texnika “gözəgörünməz tank” alması faktı da geniş ictimaiyyətə məlum deyil. Məlum olub ki, Ermənistan Müdafiə Nazirliyi Rusiya Elmi-Tədqiqat İnstitutundan hər birinin qiyməti 2,675 dollar olan çoxlu sayda tank üçün örtük alıb. Maraqlıdır ki, Ermənistan Cənubi Qafqaz regionunda bu cür texnika alan yeganə ölkədir. Bu örtüklər radiodalğaları əks etdirərək tankı hədəf üçün görünməz edir. Bununla da bu cür örtüyə malik tank hədəfə yaxınlaşana qədər onun yerini müəyyənləşdirmək mümkün olmur.
Ermənistan həmçinin Çindən 80 kilometr məsafədən hədəfi vura biləcək 273 millimetrlik “WM-80” markalı reaktiv atəş sistemlərinin alınmasına dair faktları da gizlədib. Müstəqil mənbələrin məlumatına görə, İrəvan 4-8 ədəd bu kimi sistemə malikdir. Qeyd edək ki, hələ 1999-cu ildə Çinin Ermənistana qanunsuz olaraq “Tayfun” raket qurğularının satması barədə faktlar aşkarlanıb. Rəsmi Pekin o zaman baş verən insidenti alqı-satqı prosesinin silah ixracı ilə məşğul olan qeyri-dövlət şirkəti tərəfindən həyata keçirilməsi ilə əsaslandırıb. Rəsmi Bakının müdaxiləsindən sonra Çin hökuməti həmin şirkətə qarşı cərimə sanksiyaları tətbiq edib. Qərara əsasən, Çin tərəfi nəinki “Tayfun” qurğularının satışını dayandırıb, həmçinin bu tip silahların Ermənistana satışına qadağa qoyub.
Ermənistanla hərbi sahədə əməkdaşlıq edən ölkələrdən biri də Serbiyadır. Qeyd edək ki, bu sahədə erməni-serb əməkdaşlığı hələ ötən əsrin 90-cı illərində də mövcud olub. Ermənistanın sabiq Yuqoslaviya dövlətlərinə tətbiq olunan beynəlxalq embarqoya baxmayaraq Serb Kraynasını Rusiya istehsalı olan silah-sursatla təmin etməsinə dair faktlar da mövcuddur. Rusiyanın İrəvan yaxınlığındakı hərbi bazasından hərbi-nəqliyyat təyyarələri vasitəsilə “Yuqoslaviyaya humanitar yardım” adı altında silah-sursat, minalar, artilleriya mərmiləri, serb separatçıları üçün nəzərdə tutulan hərbi texnikanın ehtiyat hissələri göndərilib. 2007-ci ilin əvvəlində Serbiyanın müdafiə sənayesi üzrə ixtisaslaşmış “Zastava” şirkəti Ermənistanla silah satışına dair 1,750 milyon dollarlıq saziş imzalayıb. Hazırda bu şirkət Ermənistana silah satışına dair daha bir 900 min dollarlıq sazişin imzalanması məqsədilə danışıqlar aparır. 2007-ci ilin sentyabrında Ermənistanın Abovyan şəhərində “DG Arms Corporation” adlı yeni hərbi müəssisə fəaliyyətə başlayıb. İldə 100 milyon ədəd güllə istehsal edəcək bu müəssisə məhsullarını beynəlxalq bazara çıxarmağı, o cümlədən Serbiyaya satmağı planlaşdırır. Silahlı Qüvvələrin təchizatı və yenidən silahlanması məqsədilə qanunsuz hərbi layihələr həyata keçirən, həmçinin regionu sürətlə silahlandıran Ermənistan bununla Avropada Adi Silahlar Haqqında Sazişlə müəyyənləşmiş balansı kobud surətdə pozur. Bu isə öz növbəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli və Cənubi Qafqazda stabillik üçün təhlükə törədir. /APA/
Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Xəbər Lenti
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
UFC: Braziliya təmsilçisindən çətin qələbə
Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazanıb
Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb
Hörmüz boğazında tanker vurulub
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
Zelenski Volqoqraddakı hərbi zavoda zərbə endirildiyini təsdiqləyib - VİDEO - YENİLƏNİB
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər
Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Abşeron yarımadasının bəzi ərazilərində leysan, dolu gözlənilir
Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib
Dövlət Departamenti: Livan sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur
Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb
Çin 2026-cı ilin ilk rübündə 184,1 milyard dollar cari profisit əldə edib