Bank Of Baku

Moris Louenberger: “Rəsmi Bern İsveçrə şirkətlərinin Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyətinə heç bir icazə verməyib”

Moris Louenberger: “Rəsmi Bern İsveçrə şirkətlərinin Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyətinə heç bir icazə verməyib”
# 08 oktyabr 2007 11:06 (UTC +04:00)
APA-nın məlumatına görə, bu bəyanatla Bakıda səfərdə olan İsveçrənin ətraf mühit nəqliyyat, energetika və rabitə üzrə Federal Departamentinin rəhbəri Moris Louenberger çıxış edib: “Belə şirkətlər varsa, onların fəaliyyəti qeyri-qanunidir. Məndə şəxsən belə bir məlumat yoxdur. İsveçrə hökuməti buna qarşı çıxır”. Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda və ətraf rayonlarda fəaliyyət göstərən əcnəbi şirkətlərin siyahısı açıqlanıb. Siyahıda bir neçə İsveçrə şirkətinin də adları çəkilir. Onlar Dağlıq Qarabağda əsasən mebel istehsalı, infrastruktur, nəqliyyat və s. sahələrdə fəaliyyət göstərirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR