Bank Of Baku

Azərbaycanda “GUAM ölkələrinin gəncləri günləri” keçiriləcək

Azərbaycanda “GUAM  ölkələrinin gəncləri günləri” keçiriləcək
# 08 oktyabr 2007 11:21 (UTC +04:00)
“GUAM gəncləri günləri”ndə hər ölkədən (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) 25 nəfər nümayəndə iştirak edəcək. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Proqramda “GUAM ölkələrinin problemləri və inkişaf perspektivləri” mövzusunda dəyirmi masa, “Mənim ölkəmin gəncləri” mövzusunda gənc rəssam və fotoqrafların sərgisi, gənc estrada ulduzlarının və rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı və hər bir ölkənin təqdimatında milli mətbəx gecəsi keçiriləcək. Bundan başqa, nümayəndə heyətinin üzvləri Quba şəhərinə səfəri nəzərdə tutulub. Bu tədbir GUAM təşkilatının yaradılmasının 10-cu ildönümünə həsr olunur və ölkələr arasında gənclər mübadiləsinin sürətləndirilməsi məqsədi ilə həyata keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR