Bank Of Baku

Xəzər İbrahim: “Minsk Qrupunda həmsədrliyin dəyişdirilməsi barədə rəsmi təklif yoxdur”

Xəzər İbrahim: “Minsk Qrupunda həmsədrliyin dəyişdirilməsi barədə rəsmi təklif yoxdur”
# 08 oktyabr 2007 11:21 (UTC +04:00)
“Bizə Minsk Qrupunda həmsədrliyin dəyişdirilməsi barədə rəsmi təklif daxil olmayıb”. APA-nın məlumatına bu sözləri bu gün keçirdiyi brifinqdə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim Avropa Parlamentinin fransalı üzvünün Minsk Qrupunda həmsədrliyin Fransadan Avropa İttifaqına verilməsi barədə təklifinə münasibət bildirərkən deyib. O xatırladıb ki, ATƏT-in Minsk Qrupu çərçivəsində olan həmsədrlik beynəlxalq sənədlərdə öz əksini tapıb və rəsmi kanallarla razılaşdırılıb: “Avropa İttifaqının hansısa ölkəsinin təmsilçilərinin formatın və həmsədrlərin dəyişdirilməsi haqqında öz fikirləri ola bilər. Lakin rəsmi kanallarla heç bir təklif təqdim olunmayıb. Rəsmi təklif olarsa, ona baxıla və qərar verilə bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR