Bank Of Baku

“Çe Gevara” Fanat Klubunun təqdimat mərasimi keçirilib

“Çe Gevara” Fanat Klubunun təqdimat mərasimi keçirilib
# 08 oktyabr 2007 11:24 (UTC +04:00)
“Yeni nəsil Azərbaycan kommunistləri”nin təşəbbüsü ilə yaradılan “Çe Gevara” Fanat Klubunun təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, klubun rəhbəri Samir Vəzirov bildirib ki, bu qurum 1967-ci il oktyabrın 8-də Boliviya əsgərləri tərəfindən qətlə yetirilən inqilabçı-kommunist Ernesto Çe Gevaranın şərəfinə təsis olunub. O deyib ki, klubu yaratmaqda məqsədləri inqilabçı haqqında məlumatları Çe Gevaranı sevənlərlə bölüşmək və onun ideyaları ilə insanları tanış etməkdir. Təşkilatın üzvü Niyazi Rəcəbov Çe Gevaranın uşaqlıq illərindən marksizm-leninizm ideyalarına sadiq olduğunu, ömrünü xalqların azadlığına və insanların bərabərhüquqlu yaşamasına həsr etdiyini söyləyib: “Argentinada doğulsa da, o, ömrünün sonuna qədər bütün Latın Amerikası və Afrika ölkələrində yaşayan xalqların azadlığı yolunda mübarizə aparıb”. Yazıçı Həmid Herisçi isə Çe Gevara ideyalarının Azərbaycana gəlməsinin əhəmiyyətindən danışıb. Sonda tədbir iştirakçıları adından ABŞ-da həbsdə olan 5 Kuba inqilabçısının azad edilməsi tələbi ilə BMT-yə müraciət ünvanlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR