Bank Of Baku

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işğalçı Ermənistanı gücləndirməsi Azərbaycanı narahat edir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işğalçı Ermənistanı gücləndirməsi Azərbaycanı narahat edir
# 08 oktyabr 2007 11:35 (UTC +04:00)
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işğalçı Ermənistanı hərbi sahədə gücləndirməsi təbii ki, Azərbaycanı narahat edir”. APA-nın məlumatına görə, bunu Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində Rusiya silahlarının digər təşkilat üzvlərinə daxili qiymətlərlə satılması barədə qəbul olunan qərara münasibət bildirərkən deyib. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini xatırladan X. İbrahim bildirib ki, qərar təşkilat çərçivəsində verilsə də, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi belə məsələlərdə ehtiyatlı olmalı, vəziyyətin həssaslığını nəzərə almalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR