Bank Of Baku

Dekabrın ikinci yarısında QAT-ın III qurultayı keçiriləcək

Dekabrın ikinci yarısında QAT-ın III qurultayı keçiriləcək
# 08 oktyabr 2007 12:23 (UTC +04:00)
Dekabr ayının ikinci yarısında Qarabağ Azadlıq Təşkilatının (QAT) III qurultayı keçiriləcək. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurumun Ali Məclisinin oktyabrın 6-da keçirilən toplantısında bu barədə qərar qəbul olunub. Yığıncaqda Qarabağla bağlı hazırkı vəziyyət, “xalq diplomatiyası”nın fəallaşdırılması cəhdləri də müzakirə edilib və ATƏT-in Minsk Qrupu formatında aparılan danışıqların milli maraqlara uyğun gəlmədiyi bildirilərək Azərbaycanın bu danışıqlardan imtina etməsi məqsədəuyğun sayılıb. Toplantıda ictimai-siyasi qurumlara, hüquq müdafiəçilərinə, beynəlxalq təşkilatlara müraciət də ünvanlanıb. Müraciətdə QAT üzvlərinə qarşı hakimiyyət tərəfindən törədilən zorakılıqlara bu qurumların heç bir reaksiya verməməsi pislənilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR