Bank Of Baku

Danial Əhmədov: “Azərbaycan Qazaxıstan istehsalı olan silahlara maraq göstərsə, biz bu məsələyə baxa bilərik”

Danial Əhmədov: “Azərbaycan Qazaxıstan istehsalı olan silahlara maraq göstərsə, biz bu məsələyə baxa bilərik”
# 08 oktyabr 2007 13:51 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanda səfərdə olan Qazaxıstanın müdafiə naziri Danial Əhmədov deyib. Qazaxıstanla Azərbaycan arasında 2004-cü ildə hərbi əməkdaşlıq haqqında saziş imzalandığın xatırladan nazir bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir: “Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana səfər edib. Hesab edirəm ki, iki ölkənin hərbi strukturları arasında əlaqələrin daha da möhkəmləndirilməsinin vaxtı çatıb. Qazaxıstan və Azərbaycan türkdilli iki qardaş ölkədir. Bu ölkələrin hərbi əməkdaşlığını hərbi təhsil üzrə mübadilə aparmaqla inkişaf etdirmək lazımdır. Azərbaycan hərbçiləri Qazaxıstan, Qazaxıstan hərbçiləri Azərbaycanın hərbi məktəblərində təhsil almalıdır. Hesab edirəm ki, iki ölkə başçısı tərəfindən qarşıya qoyulmuş ideyaları daha aktiv həyata keçirmək üçün müzakirə ediləcək məsələlərin vaxtı yetişib”. Qazaxıstanda istehsal edilən silahların Azərbaycana satılacağı barədə sualı cavablandıran nazir deyib ki, bu sual Azərbaycan tərəfinə verilməlidir: “Qazaxıstanla bir sıra Qərb ölkələrinin müasir silah istehsalı etməsi üçün birgə şirkətlər yaranıb. Həmin silahların ilk nümunələri bu ilin sonunda istehsal olunacaq. Gələn ildən isə Qazaxıstan Silahlı Qüvvələri həmin silahlarla təmin ediləcək. Əgər bu silaha maraq yaransa, biz böyük məmnuniyyətlə həmin müraciətləri müzakirə edəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR