Bank Of Baku

Müsavat Partiyası yürüş-mitinq keçirmək barədə qərar qəbul edib

Müsavat Partiyası yürüş-mitinq keçirmək barədə qərar qəbul edib
# 08 oktyabr 2007 14:00 (UTC +04:00)
Müsavat Partiyasının Divanı oktyabrın 18-də Müstəqillik Günü ilə bağlı təntənəli yürüş-mitinq keçirilməsi barədə qərar qəbul edib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, aksiyanın keçirləcəyi yerlə bağlı hələlik yekun qərar verilməyib. Buna səbəb isə şəhər rəhbərliyinin kütləvi aksiyalarla bağlı son dövrlər edilən müraciətlərə mənfi cavab verməsidir. A. Hacılının sözlərinə görə yaxın bir neçə gündə aksiyanın yeri müəyyənləşəcək və şəhər rəhbərliyinə müraciət olunacaq: “Biz bayram yürüşü və musiqili tədbir keçirmək fikrindəyik”. A. Hacılı partiya Divanının bugünkü iclasında ölkədəki ictimai-siyasi vəziyyət və partiya Məclisinin oktyabrın 12-də keçiriləcək Məclisinin iclası ilə bağlı müzakirə aparıldığını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR