Bank Of Baku

Mövsüm Səmədov: “İslam Partiyası istək və maraqları uyğun gələn partiyalarla blok yarada bilər”

Mövsüm Səmədov: “İslam Partiyası istək və maraqları uyğun gələn partiyalarla blok yarada bilər”
# 08 oktyabr 2007 14:09 (UTC +04:00)
“İslam Partiyası istək və maraqları uyğun gələn partiyalarla blok yarada bilər”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov deyib. O bildirib ki, partiyanın hər hansı blokda təmsil olunmayacağı haqda yayılan informasiyalar həqiqətə uyğun deyil və qurum milli maraqlar çərçivəsində istənilən siyasi təşkilatla bir blokda təmsil oluna bilər. M. Səmədov partiyanın Baş Məclisində bu məsələnin müzakirəyə çıxarılacağını açıqlayıb: “Şəxsi fikrim budur ki, İslam Partiyası ölkədəki ictimai-siyasi proseslərdən kənarda qala bilməz. Partiyanın Baş Məclisinin toplantısında qurumun fəaliyyət istiqamətləri barədə qərarlar qəbul olunacaq. Bundan sonra müvafiq addımlar atıla bilər”. M. Səmədov Azərbaycançı Qüvvələr Birliyinin (AQB) bərpası ilə bağlı məsələnin gündəmdə olmadığını da deyib: “Bu birlik Sosial Demokrat, Vəhdət və İslam partiyalarının təşəbbüsü ilə yaradılmışdı. Sosial Demokrat və Vəhdət partiyaları bu qurumda təmsil olunmaqdan imtina ediblər. İslam Partiyasının isə dövlət qeydiyyatı ilə bağlı problemi mövcuddur. Əgər partiya dövlət qeydiyyatına alınmayacaqsa, bizim və tərəfdarlarımızın seçkidə iştirakının nə mənası var?” M. Səmədov yaxın vaxtlarda AİP-in dövlət qeydiyyatına alınacağına ümidvar olduğunu söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR