Bank Of Baku

Arif Hacılı: “Seçki Məcəlləsi ilə bağlı müxalifət daxilində konsensusa gəlmək mümkün olacaq”

Arif Hacılı: “Seçki Məcəlləsi ilə bağlı müxalifət daxilində konsensusa gəlmək mümkün olacaq”
# 08 oktyabr 2007 14:34 (UTC +04:00)
“Seçki Məcəlləsi ilə bağlı başlıca problem hakimiyyət tərəfinin seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması ilə bağlı təkliflə razılaşmamasıdır. Bu məsələdə müxalifət daxilində heç bir problem yoxdur. Ona görə də arabanı atın qabağına qoşmağa ehtiyac yoxdur”. Bu fikirləri APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib. Onun sözlərinə görə, müxalifət partiyaları içərisində Seçki Məcəlləsi ilə bağlı ortaq mövqe tapmaq üçün kifayət qədər imkanlar var: “Müxalifət ilk növbədə hakimiyyətin buna razılaşması üçün vahid mövqedən çıxış etməlidir. Hakimiyyət buna razı olduqdan sonra isə müxalifət düşərgəsində konsensusa gəlmək mümkün olacaq. Ona görə indiki məqamda ortaq mövqe ondan ibarət olmalıdır ki, hakimiyyət paritet təklifinə razılıq versin və bu məsələdə guya müxalifət arasında vahid mövqeyin olmaması ilə bağlı demaqogik tezislərə son qoyulsun”. A. Hacılı müxalifətin Seçki Məcəlləsi ilə bağlı ortaq məxrəcə gəlməsi məqsədilə birgə müzakirələrin aparılması üçün müəyyən cəhdlərin olduğunu da bildirib. Onun fikrincə, AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəylinin, ADP sədri Sərdar Cəlaloğlunun bununla bağlı son təklifləri müsbət qiymətləndirilir: “Bunlar əslində bu danışıqların zamanının çatdığını və müzakirələrin labüd olduğunü göstərir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR