Bank Of Baku

Dağlıq Qarabağ ermənilərinin Berlində keçiriləcək konfransda iştirakı barədə Ermənistanın xahişi təmin olunmayıb

Dağlıq Qarabağ ermənilərinin Berlində keçiriləcək konfransda iştirakı barədə Ermənistanın xahişi təmin olunmayıb
# 08 oktyabr 2007 14:40 (UTC +04:00)
APA-nın Ermənistan KİV-lərnə istinadən verdiyi məlumata görə, Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri David Arutyunyan bildirib ki, onlar müraciət təmin olunmayacağını əvvəlcədən bilirdilər: “Biz bu məsələni ona görə qaldırmışıq ki, Dağlıq Qarabağın iştirakı ilə yeni konsepsiyanın vacibliyinə diqqət yönəldək”. O, Dağlıq Qarabağ ermənilərinin iştirakı ilə ayrıca konfrans keçirilməsi haqda məsələ qaldıracaqlarını deyib.
Xatırladaq ki, Berlin dinləmələrinin keçirilməsi təşəbbüsü ilə almaniyalı deputat, AŞPA Monitorinq Komitəsinin sədri Edvard Lintner çıxış edib. Konfransda Azərbaycan, Gürcüstan və Moldova xarici işlər nazirlərinin, AŞPA-dakı nümayəndə heyətlərinin və digər rəsmilərin iştirakı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR