Bank Of Baku

AMİP hökumətdən kompensasiya tələb edəcək

AMİP hökumətdən kompensasiya tələb edəcək
# 08 oktyabr 2007 14:50 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) qərargah problemi ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşır. Partiyanın sədri Ayaz Rüstəmovun APA-ya verdiyi məlumata görə, iddia ərizəsində partiyaya şəhərin mərkəzində ofis ayrılması ilə bərabər, AMİP-ə dəymiş maddi ziyana görə kompensasiya ödənilməsi də tələb olunacaq. A. Rüstəmov 6 il müddətində AMİP-in qərargahsız fəaliyyət göstərdiyini, dövlət tərəfindən partiyaya heç bir şərait yaradılmadığını vurğulayıb: “Amma bizi qərargahdan çıxararkən müvafiq yerlə təmin edəcəklərini bildirmişdilər. Bir gecənin içində partiyanın qərargahını boşaltdılar və bu zaman bizə kifayət qədər maddi ziyan da dəydi. Həmin maddi ziyanın miqdarı müəyyənləşib və iddia ərizəsində öz əksini tapacaq”. A. Rüstəmov partiya hüquqşünasları tərəfindən bu istiqamətdə iş aparıldığını söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR