Bank Of Baku

Azərbaycanla Qazaxıstan arasında İkitərəfli Hərbi Əməkdaşlıq Planı imzalanıb

Azərbaycanla Qazaxıstan arasında İkitərəfli Hərbi Əməkdaşlıq Planı imzalanıb
# 08 oktyabr 2007 16:56 (UTC +04:00)
S. Əbiyevlə D. Əhmədov arasında keçirilən təkbətək görüşdən sonra nümayəndə heyətləri geniş tərkibdə görüşüb. S. Əbiyev bildirib ki, iki ölkə arasında müstəqilliyin ilk dövrlərindən başlanmış dostluq əlaqələri bu gün daha böyük inkişaf səviyyəsinə çatıb. Qonaqlara Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər barədə məlumat verən nazir deyib ki, münaqişənin həll edilməməsi regionda həyata keçirilən bir sıra beynəlxalq layihəni təhlükə altına qoymaqla daxili iqtisadi inkişafa da ciddi maneçiliklər törədir. Nazir, həmçinin, Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, təcavüz nəticəsində 1 milyon insanın qaçqın və məcburi köçkün olduğunu söyləyib. Görüşün sonunda müdafiə nazirləri İkitərəfli Hərbi Əməkdaşlıq Planını imzalayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR