Bank Of Baku

“Dalğa” Gənclər Hərəkatına yeni sədr seçilib

“Dalğa” Gənclər Hərəkatına yeni sədr seçilib
# 08 oktyabr 2007 15:40 (UTC +04:00)
Bu gün “Dalğa” Gənclər Hərəkatının II qurultayı keçirilib. APA-nın məlumatına görə, seçilmiş 91 nümayəndədən 66-nın iştirak etdiyi qurultayda təşkilatın ötən müddət ərzində fəaliyyəti, həyata keçirdiyi tədbirlər müzakirə edilib və müsbət qiymətləndirilib. Toplantıda təşkilati məsələyə də baxılıb. Sədrliyə üç nəfər Vəfa Cəfərova, Ülvi Həsənli və Ülviyyə Qasımlı öz namizədliyini irəli sürüb. Sonradan Ü. Həsənli V. Cəfərovanın xeyrinə öz namizədliyini geri götürüb. Gizli səsvermənin nəticələrinə əsasən qurultay iştirakçılarının 46-sı V. Cəfərovaya, 9-u Ü. Qasımlıya səs verib, 11 bülleten isə etibarsız sayılıb. Nəticədə V. Cəfərova növbəti müddətə hərəkatın sədri seçilib. Səsvermənin gedişini Seçki Monitorinq Mərkəzini nümayəndələri izləyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR